ov yerləri

Ovçuluğun həyata keçirilməsinə və ovçuluq təsərrüfatlarının aparılmasına aid edilən, təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvanların məskunlaşdığı torpaq sahələri, meşə, digər bitki və su ilə örtülü olan təbiət əraziləri

ov silahı
ovçu
OBASTAN VİKİ
Ov mövsümü
Ov mövsümü (ing. Open Season) — 2006 ABŞ animasiya komediya-macəra filmidir. Sony Pictures Animations tərəfindən hazırlanmışdır. Martin Lorens - Boog Eşton Kutçer - Elliot Qari Sinise - Şou Debra Messing - Beyt Billi Konnolli - McSquizzy Con Favreau - Reilly Corciya Engel - Bobbi Ceyn Krakovski - Gizel Qordon Tootoroz - Qordi Patrik Varburton - İan Kodi Kameron - Mr. Veyni Deni Mann - Serj Maddi Teylor - Deni Nika Futterman - Rozi Mişel Murdokka - Mariya Ferqal Reyli - O'Tool sonypictures.com/movies/openseason/ — Ov mövsümünün rəsmi saytı Ov mövsümü — Internet Movie Database saytında.
Vəhşi ov
Vəhşi ov — german-skandinav mifologiyasında sürü halında olan bir qrup xəyali atlı ovçu. Bu ovçular elflər, pərilər və ya ruhlar ola bilərlər. Ovun rəhbəri adətən Odin ilə bağlı adlı bir fiqur olur, ancaq bəzi hallarda Böyük Teodrix, Danimarka kralı IV Valdemar Atterdaq, Uels mifik tanrısı Qvin ap Nudd kimi tarixi və ya əfsanəvi şəxsiyyətlər, eləcə də İrod Antipa, Kabil, Cəbrayıl və Şeytan kimi Bibliyada olan varlıqlar da ola bilər. Vəhşi ov müharibə və vəba kimi faciələrin əlaməti hesab edilirdi. Ova şahid olan insanlar oğurlanaraq cəhənnəmə və ya pəri diyarına aparılırdı. Bəzi yerlərdə insanların ruhlarının kavalkada qoşulmaq üçün yatdıqları yerdə götürüləcəyinə inanılırdı. Alman folkloru əsasında aparılan müqayisəli yanaşmaya əsaslanaraq, hadisəyə adətən "Wilde Jagd" (azərb. Vəhşi ov/təqib‎) və ya "Wildes Heer" (azərb. Vəhşi ordu‎) deyilir. Hadisənin "Vəhşi ordu" və ya "Qəzəbli ordu" adlandırıldığı Almaniyada onun liderinə müxtəlif kimliklər verilmişdi.
Soyuq ov
Soyuq ov (norv. Fritt Vilt) — Norveç istehsalı olan və rejissor Roar Uthauq tərəfindən çəkilmiş qorxu və triller filmidir. 2006-cı ildə premyerası baş tutmuş bu film müasir Norveç qorxu filmləri arasında ən yaxşılarından hesab olunur. Film eləcə də bir sıra ölkələrdə də nümayiş etdirilib. == Məzmun == Beş norveçli gənc pasxa tətilini keçirtmək məqsədilə ölkənin şimalındakı dağlara üz tuturlar. Həm tətil həm də xizək sürməyi planlaşdıran gənclərin bu istəyi dostlarından birinin ayağının qırılması ilə yarımçıq qalır. Maşınlarında da uzaq düşən bu gənclər sığınacaq axtarmağa başlayırlar və tərk edilmiş köhnə bir otel tapırlar. Əvvəlcə hər şey qaydasında görünür. Hətta əylənməyə də başlayan gənclər sonradan başlarına gələcəklərdən xəbərsizdirlər. Oteldə bilmədikləri bir adam onları bir-bir pldürməyə başladığında artıq vəziyyət dəyişir.
Bakının görməli yerləri
Bakının görməli yerlərinin siyahısı — Azərbaycanın paytaxtı və ən böyük şəhəri olan Bakı şəhərinin turizm potensialı ilə bağlıdır. Siyahıda şəhərin turistik və görməli yerləri — teatrlar, kinoteatrlar, saraylar, konsert zalları, parklar, muzey və qoruqlar, habelə ibadət yerləri, idman arenaları və s. öz əksini tapmışdır. Ümumi məlumat olaraq sahəsi 2130 km² olan Bakı şəhəri Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir və şəhərin tərkibinə 12 inzibati rayon, 5 şəhər tipli qəsəbə və 32 kənd daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 metr (92 ft) aşağıdır. Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi, iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur. Bakı Qafqazda ən əhəmiyyətli turistik məkanlardan biri sayılır. 2014-cü ildə Bakı Forbes jurnalının rusiyalılar üçün biznes qurulması sahəsində ən cəlbedici keçmiş SSRİ şəhərlərinin reytinqində top onluğa düşmüşdür.
Quşların yaşama yerləri
Dünyada 9000 növə qədər quş məlumdur. Onların ərazidə yerləşməsi ətraf mühit şəraitindən asılıdır. Yaşama şəraiti müxtəlif olan yerlərdə quş da çoxdur. Məsələn, Azərbaycanın ərazisi Rusiyanın ərazisinin cüzi bir hissəsi qədərdir. Lakin Rusiyada olan quş növlərinin yarıya qədəri Azərbaycan faunasına da daxildir. Bunlar yaşama yerinə görə bir sıra qrupa ayrılırlar. Ağaclıq və kolluq quşları; açıqlıq sahə quşları; sahil quşları; su quşları; sinantrop quşlar. İlk quşlar meşədə əmələ gəliblər. Ona görə də təbiidir ki, ağaclıq və kolluq quşları çoxdur. Bu qrupa daxil olan quşların həyatı ağac və kol bitkiləri ilə bağlıdır.
Sinqapurun görməli yerləri
Sinqapurun görməli yerləri — Sinqapur ərazisində muzeylər, parklar, istirahət yerləri və maraqlı yerlər yetərincə çoxdur. Görməli yerlərin çoxluğu bir səfərdə bu yerlərin hamısını görməyə imkan vermir. Sinqapurun bəzi yerləri dünyaca məşhurdur: Zoopark, quş parkı, botanika bağı, Marina Bay Sands oteli, körfəz bağları və s. Aşağıda əsas görməli yerlərin siyahısı verilib. Sentosa. Böyük istirahət zonasına, muzeylər, akvarium və çimərliklərə malik ada. Dəniz Həyatı Parkı (Sinqapur) Bukit Timah istirahət zonası. Qədim zamanlardan qorunub salanılan cəngəllik. Curong Quş Parkı. Ekzotik quşların qorunub saxlanıldığı ərazi.
Sumqayıtın görməli yerləri
Sumqayıtın görməli yerlərinin siyahısı — Azərbaycan Respublikasının Sumqayıt şəhərinin turizm potensialı ilə bağlıdır.
Balina ov gəmisi
Balinaovlayan gəmi — xüsusi olaraq balina ovunu həyata keçirmək məqsədilə inşa edilən gəmi. == Xüsusiyyətləri == Balinaovlayan gəmi 65 m uzunluğa, 9,5 m enə malik olur. Bu tip gəmilər 916 ton yük götürmə qabiliyyətinə malikdir. Gəmilər əsasən ilk əvvəllər buxar mühərrikləri sonradan isə dizel mühərrikləri ilə təhciz edilirlər. Bu mühərriklər 3870 kVt güçə sahibdirlər (5260 at güçü). 18–20 uzel sürətə və əla manevr qabiliyyətinə malikdir. Gəmi müvafiq olaraq qarpun silahı, kompressor, naviqasiya cihazları, kanat və axtarış cihazlarına sahibdir.
Ov təpə (Əsədabad)
Ov təpə (fars. آهوتپه‎, (az-əbcəd. اُوتَپه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 264 nəfər yaşayır (78 ailə).
Polşa Ov İti
Polşa Ov İti (Pol. Ogar Polski) — Polşada yetişdirilən ov itlərinin cinsi. Ogar Polski kimi tanınan Polşa mənşəli ov iti cinsidir. Bu itlərdə qoxu hissləri yüksək dərəcədə inkişaf etmişdir. Bu ağır çəkili və yüksək dözümlülüyə malik bu it, ovçuluq üçün çox əlverişlidir. Polşa Ov İtlərinin boyu 55–65 sm (22–23.5 düym) yüksəkliyinə çatır. Bu itlərin erkək cinslərinin çəkisi isə 25–32 kq (55–70,5 lb), dişi cinslərinin çəkisi isə 20–26 kq (44–57,5 lb) olur. Polşa ov itlərinin orta ömrü 13 ilə 14 yaşa qədərdir. Orta ölçülü erkək, Polşa Ov İti tez-tez güclü və görünüşlü, möhkəm bir sümük quruluşu ilə təsvir edilir. Bu heyvanların rəngləri adətən qəhvəyi və qızılı rəngin qarışığı olur və boyundan quyruğa qədər olan üst hissə isə adətən qara rəng olur.
Selus ov ehtiyatı
Selus ov ehtiyatı — Tanzaniyanın cənubunda qorunan ərazidir. Ümumi 50 00 kvadrat kilometr ərazini əhatə edir. Ərazi 1982-ci ildə vəhşi təbiət müxtəlifliyinə və toxunulmamış təbiətinə görə UNESCO-nun Ümumdünya irsi təyin edilmişdir. Qoruqda Afrika savanna fili, qara kərgədan, begemot, şir, Şərqi Afrika vəhşi iti, Afrika kəli, Masai zürafəsi, düzənlik zebri və Nil timsahı kimi heyvanlar yaşayır. Qoruq daxilində daimi insan məskunlaşmasına icazə verilmir. İnsanların bütün girişi və çıxışı Tanzaniya Təbii Ehtiyatlar və Turizm Nazirliyinin vəhşi təbiət bölməsi tərəfindən idarə olunur. Ərazi ilk dəfə 1896-cı ildə, alman Tanqanika qubernatoru Herman fon Visman tərəfindən qorunan bir bölgə olaraq təyin edilmiş və 1905-ci ildə ov ehtiyatına çevrilmişdir. Qoruq, 1917-ci ildə Birinci Dünya müharibəsi zamanı almanlara qarşı döyüşərkən həyatını itirən məşhur ovçu və erkən konservant Frederik Selusun adını daşıyır. Ərazi 2005-ci ildən etibarən Aslan Qoruma Birliyi hesab olunur. Qoruqun sərhədləri Uran yataqlarından istifadəyə icazə verilməsi üçün dəyişdirilib.
Soyuq ov 3
Soyuq ov 3 (norv. Fritt Vilt 3) Norveç istehsalı olan qorxu/triller filmidir. 2006 və 2008-ci illərdə uğurla nümayiş olunmuş Soyuq ov və Soyuq ov 2: Dirilmə filmlərinin davamıdır. == Məzmun == Beş gənc xizək sürmək və tətillərini keçirtmək üçün Norveçin şimalındakı dağlara üz tuturlar. Lakin burada bilmədikləri sirr var. Naməlum qatil tərəfindən bir-bir öldürüləcək bu gənclər başlarına gələcək fəlakətdən xəbərsizdirlər. == Rollarda == İda Marie Bakkerud / Hedda Kim S. Falk-Yorgqnsen / Anders Pal Stokka / Maqni Culie Rusti / Siri Artur Berninq a/ Saymen Sturla Rui / Knut Terce Ranes / Eynar Nils Conson / Con Hallvard Holmen / Bcorn Braz Trine Viggen / Maqni Braz == İstehsal == Bu filmin çəkilişləri əvvəlki 2 filmdə olduğu kimi Norveçin şimalında olan Jotunheimen (Nəhənglərin Evi) dağlarında baş tutub. == Nümayiş == Filmin premyerası 15 oktyabr 2010-cu ildə Norveçdə keçirilib. == İstinadlar == == Xarici keçidlər == Filmin rəsmi saytı (ing.) Soyuq ov 3 — Internet Movie Database saytında.
Təyin olunmuş ineksiya yerləri
Təyin olunmuş inyeksiya yerləri (ing. Supervised injection site) - Narkotik vasitə istifadəçilərinin steril edilmiş məkanlarda özlərinə venadaxili narkotik vasitələr vurmaları üçün yaradılmış xüsusi məntəqələr. Bu tip təyinat yerlərinin yaradılmasındakı əsas məqsəd narkotik vasitə istifadəçilərinin mümkün yüksək dozadan qaynaqlanan ölüm hallarının qarşısının alınmasıdır. Cəmiyyətlər tərəfindən bu tipli mərkəzlərin fəalliyətinə birmənalı münasibət göstərilmir. Bir tərəf xüsusi inyeksiya yerlərinin mövcud olmasını narkomaniyanı təbliğ etdiyini bildirsə də, digər bir tərəf isə İİV başda olmaqla bir çox xəstəliklərin mümkün yoluxma hallarının qarşısının alındığını və ən əsası narkotik vasitə istifadəçilərinin onlara verilən yəni norma həddində narkotik maddə qəbul etdikləri üçün yüksək dozadan ölmə ehtimallarının olmaması səbəbindən sözügedən mərkəzərin fəaliyyətini dəstəkləyirlər. Bu tip mərkəzlərin fəaliyyət göstərməsi dövlətlərin qanunveriçilik və siyasi yurisdiksiyası əsasında tənzim olunur. Təyin olunmuş inyeksiya yerlərinin yaradılmasındakı əsas konsepsiya narkomaniyanın cəmiyyətlərə vurduğu zərərin azadılmasından ibarətdir. Şimali Amerikada və Avropada fəaliyyət göstərən TİY mərkəzləri, əsasən, narkotik vasitə istifadəçiləri üçün steril və tək istifadəlik inyeksiya avadanlıqları, müəyyən psixotrop dərmanlar və kiçik səhiyyə xidmətləri təklif edirlər. Bəzi ölkələrdə istifadəçilərə konsultasiyalarda verilməkdədir. TİY mərkəzlərində istifadəçilərə narkotik maddələrinin satışı və ya təşkil edilməsi xidmətləri göstərilmir.
Təyin olunmuş inyeksiya yerləri

Tülkü və ov iti
Tülkü və ov iti (ing. The Fox and the Hound) — 1981-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmi, Disney studiyası tərəfindən yaradılmış sayca 24-cü cizgi filmi. İlk nümayişi 10 iyul 1981-ci ildə təqdimatı olmuşdur. Deniel Menniksin eyniadlı romanının ekranlaşdırmasıdır. Film rejissoru Ted Berman və Riçard Riç. Mahnılarını yazanlar Riçard Conston, Riçard Riç, Cim Stafford, və Jeffrey Patch, ilə orijinal patrisyon Baddi Beyker. Kurt Rassel, Miki Runi, Cek Albertson, Pörl Beyli, Pet Battram, Sendi Dankan, Riçard Bakalyan, Paul Uinçel, Janet Nolan, Con Fidler, Con Makintayr, Keyt Kuqan, və Kori Feldman filmdə rol almışlar. Film iki ehtimal dostları hekayə, Tod adlı bir qırmızı tülkü və düşmən olmalarını tələb onların inkişaf etməkdə olan instinktlərdən və ətraf sosial təzyiqlərə baxmayaraq onların dostluq qorumaq üçün mübarizə Kopper adlı ov it deyir. 1981-ci göstəri əsnasında, film dünya səviyyəsində cəmi 12 milyon dollarlıq büdcəsi ilə nümayişə girdiyi anda ən bahalı animasiya filmiydi. 1981-ci gösteriminde film dünya səviyyəsində cəmi 39 milyondan 900 min dollar hasılat əldə etdi.
Soyuq ov 2: Dirilmə
Soyuq ov 2: Dirilmə (norv. Fritt Vilt 2) Norveç istehsalı olan qorxu və kriminal janrlı filmdir. Rejissorunun Mats Stenberq olduğu bu film 2008-ci ildə işıq üzü görüb. == Məzmun == Bu filmdə hadisələr qaldığı yerdən davam edir. Oteldə ikən hamını öldürməyə müvəffəq olan qatilin əlindən yalnız Yannike xilas olaraq xəstəxanaya gəlir. Eyni zamanda onu öldürdüyünü düşünən Yannike həqiqətdən xəbərsizdir. Çünki öldürdüyünü fərz etdiyi həmin qatil sağdı və qisas üçün yenidən yeni terrora başlayacaq. == Rollarda == İngrid Bolso Berdal / Yannike Marthe Snorresdotter Rovik / Kamilla Kim Wifladt / Ole Fridtjov Saheim / Herman Cohanna Mork / Audlild Mats Eldoen / Sverre Run Melbi / Dağda yaşayan adam (qatil) == Ev üçün buraxılış == Bu filmin DVD versiyası Shout! Factory tərəfindən 23 aprel 2013-cü ildə satışa çıxarıldı. == İstinadlar == == Xarici keçidlər == Filmin rəsmi saytı (ing.) "Soyuq ov 2: Dirilmə" — Internet Movie Database saytında.
Ov mövsümü (cizgi filmi, 2006)
Ov mövsümü (ing. Open Season) — 2006 ABŞ animasiya komediya-macəra filmidir. Sony Pictures Animations tərəfindən hazırlanmışdır. Martin Lorens - Boog Eşton Kutçer - Elliot Qari Sinise - Şou Debra Messing - Beyt Billi Konnolli - McSquizzy Con Favreau - Reilly Corciya Engel - Bobbi Ceyn Krakovski - Gizel Qordon Tootoroz - Qordi Patrik Varburton - İan Kodi Kameron - Mr. Veyni Deni Mann - Serj Maddi Teylor - Deni Nika Futterman - Rozi Mişel Murdokka - Mariya Ferqal Reyli - O'Tool sonypictures.com/movies/openseason/ — Ov mövsümünün rəsmi saytı Ov mövsümü — Internet Movie Database saytında.
Qeyri-adi ov (film, 1974)
Kinolent təbiətin qorunması və ziyalıların şəhərdən kəndə qayıtması kimi mühüm məsələyə həsr olunmuşdur. Film rejissor Əbdül Mahmudovun diplom işidir.
İran parlamentində dini azlıqların rezervlənmiş yerləri
İran parlamentində dini azlıqların rezervlənmiş yerləri (fars. حوزه‌های انتخابیه مجلس شورای اسلامی برای اقلیت‌های دینی‎) — İran parlamentində ölkədə yaşayan dini azlıqları üçün ayrılmış millət vəkili yerləri. Hal-hazırda bu məqsədlə istifadə olunan 5 nəfərlik millət vəkili yeri var. Məşrutə inqilabından sonra qəbul edilmiş yeni konstitusiyaya görə ölkədə yaşayan dini azlıq nümayəndələrinə parlamentdə təmsil olunmaq hüququ verilmişdir. Bu hüquq 1979-cu ildə baş verən İran İslam İnqilabından sonrada saxlanılmışdır. Hal-hazırda 5 nəfərlik millət vəkili mantdatı bütün çağırış parlament seçkilərində sözügedən dini azlıqlar üçün saxlanılır. İran erməniləri ölkə parlamentində 2 nəfər millət vəkili ilə təmsil olunurlar. Şəxslərdən biri ölkənin şimal hissəsində, əsasən Təbriz şəhərində yaşayan lokal erməni icmasından seçilir və şərti olaraq şimal ermənilərini təsmil edir. Digər etnik erməni millət vəkili isə İsfahan şəhərindəki Yeni Culfa mərkəzli olmaqla şərti olaraq cənub ermənilərindən seçilir və burada yaşayan erməniləri təmsil etməkdədir. Digər üç millət vəkili yeri isə müvafiq olaraq İranda yaşayan aysorlar, yəhudilər və zərdüştlər arasında bölünmüşdür.
Embrion gizli ov edir (film, 1966)
Embrion gizli ov edir (yap. 胎児が密猟する時 Taiji ga mitsuryô suru toki, ing. The Embryo Hunts in Secret)- 1966-cı ildə istehsal olunmuş Yaponiyanın Erotik filmidir. == Məzmun == Film boyu ər öz həyat yoldaşını vəhşivəsinə döyür və onunla çox aşağı səviyyədə rəftar edir. Ər arvadını döyərək ona keçmiş arvadını çox bənzədiyini bildirir. Keçmiş arvadı isə onun döyülməsindən qaçaraq başqa bir yerdə uşaq dünyaya gətirməyə getmişdir. Lakin sonradan süjetdən məlum olur ki, ərinin arvadını döyməsinə əsas səbəb hamiləliyi bitirən zaman özünü asaraq öldürən anası səbəb olur...
Tülkü və ov iti (cizgi filmi, 1981)